Kurikulum seminari

  Bu gün məktəbimizin akt zalında ibtidai sinif şagirdlərinin valideynləri ilə görüş oldu. Görüşdə ARTİ-nin “Sağlam Təhsil “ layihəsinin məktəb üzrə metodist-kuratoru Təranə İsmayılova,  məktəbimizin direktoru Südabə Abdullayeva, direktor müavinləri Qızbəs Qasımova və Rəna Əbilova iştirak etdilər. T.İsmayılova valideynləri maarifləndirmək məqsədi ilə kurikulum mövzusu ətrafında geniş diskussiya apardı, validenylərin suallarına cavab verdi.  Valideynləri ən çox maraqlandıran  qiymətləndirmə ilə bağlı məsələlər idi. Onların "Gündəliyə nə üçün qiymət yazılmır?" sualı geniş müzakirəyə səbəb oldu . Bütün bu məsələlərə T.İsmayılova tərəfindən aydınlıq gətirildi. Valideynlərin daha bir narahatlığına son qoyuldu. Beləliklə, uşaqların inkişafı naminə daha bir xoşməramlı addım atıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi