Valideyinlərlə görüşlər davam edir.

  Bu gün 7-8-ci sinif şagirdlərinin valideynləri ilə məktəbimizin akt zalında görüş keçirildi. Görüşün əsas məqsədi valideynlərlə birgə şagirdlərin təhsilinə və tərbiyəsinə aid problemlərin həlli yollarını tapmaq oldu. Valideynlərə dərs və dərsdənkənar vaxtlarda uşağın fəaliyyətində nələrin nəzarətdə saxlanılması barədə tövsiyələr verildi. Ümumi problemlərin həlli istiqamətində ailənin və məktəbin qarşılıqlı əlaqələrini gücləndirməklə, şagirdlərin mənəvi-psixoloji və intellektual inkişafını təmin etmək vəzifəsi ətraflı müzakirə edildi.Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsinin müdiri Fuad Qarayevin məktəbə verdiyi fleyerlər valideyinlərə paylanıldı.Olimpiadaların yeni qaydaları izah edildi. Valideynlər həvəslə və maraqla müzakirəyə qoşularaq təkliflərini bildirdilər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi