Fövqaladə hallar zamanı nə etməliyik

  Bu gün məktəbimizdə Suraxanı rayonu üzrə Fövqaladə Hallar və Mülki Müdafiə şöbəsinin rəisi mayor Toğrul Vəliyev ilə görüş keçirildi. Görüşü giriş sözü ilə  direktor Südabə xanım Abdullayeva açdı. Daha sonra Toğrul Vəliyev fövqəladə halların qarşısının alınması və  nəticələrinin aradan qaldırılması, xəsarət alanlara yardımın necə edilməsi, eləcə də tibbi yardımın göstərilməsi mövzusunda  diskussiya apardı. O, zəlzələdən qorunmağın yollarını, yanğın zamanı görülməsi vacib olan tədbirləri ətraflı şərh etdi. Ekranda mövzuya dair video-çarx göstərildi. T.Vəliyev şagirdlərin diqqətini məsələnin vacibliyinə və həyati əhəmiyyətinə cəlb edə bildi. 7 "B" sinif şagirdinin verdiyi" Məktəb şəraitində hər hansı fövqaladə hal baş verərsə, nə etməliyik? " sualı cavablandırıldı. T.Vəliyev ona ünvanlanmış digər suallara da aydınlıq gətirdi və belə maarifləndirici tədbirlərin tez-tez keçiriləcəyini bildirdi.   

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi