Hər şagird bir fərddir.

  Bu gün məktəbimizin direktoru Südabə Abdullayeva ibtidai sinif müəllimləri ilə görüş keçirdi. Görüşün məqsədi gələcəyimiz olan və xüsusi qayğıya ehtiyac duyan fidan balalarımıza qarşı daha diqqətli və ehtiyatlı olmağı müəllimlərin nəzərinə çatdırmaq idi. Görüşdə Südabə xanım Abdullayeva hər şagirdə fərdi yanaşmağın vacib olduğunu vurğuladı. O qeyd etdi ki, azyaşlıları məktəb mühitinə alışdırmaq, məktəbi, müəllimi onlara sevdirmək, onları şəxsiyyət kimi yetişdirmək hər bir müəllimin vicdan borcudur. Südabə xanım bu işdə müəllimlərə güvəndiyini, onların həmin vəzifənin öhdəsindən ləyaqətlə gələcəklərinə inandığını bir daha  bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi