Ekskursiya

  Tətil günlərini səmərəli keçirmək üçün məktəbimizin  2  "c” sinfinin növbəti ekskursiyası təşkil edilmişdir. Ekskursiyaya sinif rəhbəri Anjela müəllim rəhbərlik etmişdir. Bu dəfə şagirdlər Nəbatat bağını gəzmiş, onun salınma tarixi və səbəbi, bağdakı ağaclar haqqında müxtəlif məlumatlarla tanış olmuş, öz dünyagörüşlərini daha da zənginləşdirmişlər. Müəllim payız fəsli ilə əlaqədar olaraq təbiətdə gedən dəyişiklikləri şagirdlərin diqqətinə çatdırmışdır. Daha sonra şagirdlər  Azərbaycanımızın dahi bəstəkarı Üzeyir  Hacıbəyovun ev muzeyini gəzərək onun ev-maketi, həmçinin, tamamlanmamış əsəri ilə tanış olmuşlar. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi