"Milli Dirçəliş Günü"

        Bu gün məktəbimizdə “Milli Dirçəliş günü”nə aid tədbir keçirilmişdir. 1988-ci il noyabrında  Dağlıq Qarabağda Topxana meşəsində ermənilərin sənaye obyekti tikmək xəbəri xalqı ayağa qaldırdı. Bakıda mitinqlər keçirildi.  Xalq hərəkatının kortəbii mərhələsinin ən yüksək dövrü noyabrın 17-də başlandı. Mitinqdə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Bayrağı qaldırıldı. Azərbaycan xalqı Heydər Əliyevi yenidən hakimiyyətdə görmək istəyirdi. Həmin gün Azərbaycan tarixinə Milli Dirçəliş günü kimi daxil oldu.

        Tədbirdə şagirdlərin təqdimatında həmin günləri sanki yenidən yaşadıq. "Sarı gəlin" kompozisiyası, Prezident təqaüdçüsü  Əliyeva Zərrinin skripkadakı ifası hər kəs tərəfindən maraqla qarşılandı. Tədbiri təşkil etməklə şagirdlərin yaradıcılıq qabiliyyətlərini və tətbiqi bacarıqlarını inkişaf etdiyməyi düşünən tarix müəllimləri Rəna Məmmədova və Həqiqət Abdullayeva məqsədlərinə nail oldular. Direktor Südabə Abdullayeva şagirdlərdə vətənpərvərlik tərbiyəsinin formalaşdırılmasındakı xidmətlərinə görə həmin müəllimlərə minnətdarlığını bildirdi. O, şagirdlərə Vətənimizi sevməyi, onun gələcək inkişafı naminə öz bilik və bacarıqlarını daim möhkəmləndirməyi tövsiyə etdi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi