Narkomaniya Ağ ölüm

 8 Noyabrda Suraxanı rayonu 33-cü Polis Bölməsinin rəisi Tuncay Abbasovun və bölmənin əməkdaşlarının iştirakı ilə məktəbimizdə ”Narkomaniya -  ağ ölüm” adlı tədbir keçirildi. Onlar çıxış edərək  qeyd etdilər ki, ağ ölümə yoluxanların  sayı dünyada durmadan artır və onlar hazırda dünyada 250 milyon nəfərdir. İnsanları ölümün  ağuşuna atan və genofonda ağır zərbə vuran  bu bəla  bizim dövlətdən də yan keçməyib. Azərbaycan Respublikası Prezidenti tərəfindən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair  2013 – 2018 –ci illər üçün Dövlət Proqramı” nın təsdiq edilməsi, çıxışlarda bu dəhşətli bəlaya  qarşı mübarizə sahəsində  atılmış ən xeyirxah addım kimi dəyərləndirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi