Ədəbi bədii kompozisiya

 Azərbaycan bir dövlət olaraq dünyanın aparıcı dövlətləri arasında öz bayrağı ilə tanınır. Ölkəmiz bütün siyasət, mədəniyyət və idman sahələrində keçirilən beynəlxalq tədbirlərdə təmsil olunur. Bu əvəzedilməz simvolun dəyərini bizə dərk etdirən, onun nə qədər əhəmiyyətli olduğunu anlamağa sövq edən hörmətli prezidentimiz cənab İlham Əliyev bu gözəl günü qeyd olunan tarixi günlər sırasına salmaqla xalqımız üçün əlamətdar bir işə imzasını atdı. Məktəbin fəaliyyət planına əsasən 7 noyabr tarixində "Ədəbi bədii kompozisiya" keçirildi.Tədbir rəngarəng səhnələr ilə zəngin idi.Tədbirdə 3-cü  siniflərin təşkil etdikləri fləşmob isə bütün qonaqlar tərəfindən heyranlıqla izlənildi.Tədbirdə qonaq qismində Suraxanı rayon icra hakimiyyəti nümayəndələri Bərxudar müəllim, Lamiyə xanım, Orxan müəllim, Suraxanı rayon YAP təşkilatının sədr müavini Fərman müəllim , Azad Həmkarlar təşkilatının Suraxanı rayon komitəsinin sədri Fərhad müəllim iştirak etmişdir.Sonda məktəbimizin fəaliyyətini qiymətləndirərək direktor Südabə müəllimə Fəxri Fərman verilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi