Uşaqların gələcəyinə sərmayə

    Azərbaycan Respublikasının Təhsil Naziri Ceyhun Bayramov sərginin açılışında  qeyd edib ki, müasir dünyada insan kapitalı istənilən cəmiyyətin inkişafını təmin edən əsas göstərici olmaqla yanaşı, həm də ölkə inkişafının, onun dünya ictimaiyyətinə inteqrasiyasının göstəricisidir.  “Təhsil” sərgisi gənclər, təhsil müəssisələri və şirkətlər arasında ünsiyyət üçün mühüm platformadır və yeni imkanlar yaratmaqla yanaşı, maraqlı və perspektiv layihələri gündəmə gətirir.   Məktəbin direktoru S. Abdullayeva və  9“c” , 9“b” sinif şagirdləri sinif rəhbərləri T.Yusifova və R. Qasımovanın rəhbərliyi ilə Bakı EKSPO mərkəzində 12-ci Azərbaycan Beynəlxalq Təhsil “Education 2018” sərgisində iştirak etdilər.Sərgidə müxtəlif  universitetlərin nümayəndələrindən geniş məlumat alan şagirdlər arzu etdikləri Ali məktəblərə qəbul olmaq üçün daha da həvəsləndilər. Şagirdlərimiz sərgidən xoş təəssüratla qayıtdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi