Öyrədənlərin və öyrənənlərin müəllimi

        Müəllimlərin peşə bayramı ərəfəsində Ofeliya Musayeva təhsil sahəsində qazandığı uğurlara görə Fəxri fərmanla təltif olunmuşdur.      O, TN-də  Dərsliklərin Qiymətləndirilməsi komissiyasının üzvüdür.Təhsilin inkişafındakı xidmətlərinə görə dəfələrlə mükafatlandırılmışdır.

      Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalına, “Ən yaxşı müəllim” müsabiqəsində qalib gəldiyinə görə pul mükafatına və “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür.      Kurikulum  üzrə yazılmış V sinif Azərbaycan tarixi dərslik komplektinə daxil olan “Müəllim üçün metodik vəsait”in, müxtəlif məqalələrin müəllifi, İş dəftərinin və Test kitabçasının həmmüəllifidir.      Türkiyə Respublikası Təhsil Nazirliyinin nümayəndə heyəti ilə dərslik komplektlərinin hazırlanması və qiymətləndirilməsi üzrə təcrübə mübadiləsində olmuşdur. Dünya bankı ilə müqavilə əsasında birgə ekspert araşdırması da Ofeliya Musayevanın zəngin iş təcrübəsinə daxildir.      2018-ci ildə nəşr olunan “Qarabağ tarixi” dərs vəsaitinin ixtisas redaktorudur. Bütün müəllim kollektivi adından Ofeliya müəllimi təbrik edir, ona daha böyük uğurlar arzulayırıq!

 

 

 

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi