5 oktyabr

 Hər il oktyabrın 5-i bütün dünyada Müəllim Günü kimi qeyd olunur. Bu gün müəllimlər öz peşə bayramlarını keçirirlər.Hər kəs özünün ibtidai məktəbdə, birinci sinifdə oxuduğu illəri xoş xatirə kimi anır və bu xatirələrdə ən əziz yeri, əlbəttə ki, ilk müəllimi tutur. O müəllim ki , ona sevgi və qayğı ilə qələm tutmağı, yazı yazmağı, kitab oxumağı öyrətmişdir. Müəllimlik dünyada ən çətin, şərəfli və  ğözəl peşədir.Bu gözəl və şərəfli işin dəyərini bilən əcdadlarımız həmişə müəllimə hörmətlə yanaşmışlar.Müəllimlər şagirdlərin dərin və hərtərəfli bilik almaları, yaşadıqları dövrün problemlərindən baş çıxarmaları üçün bütün bilik və bacarıqlarını sərf edirlər. Valideynlə bərabər, bəlkə də, ondan daha çox, uşağın hər cür şıltaqlığına, əziyyətinə dözmək, kədəri ilə kədərlənib, sevinci ilə sevinmək müəllimlərin üzərinə düşən ağır yükdür. Ümummilli liderimiz Heydər Əliyev həmişə müəllim əməyini yüksək qiymətləndirmiş, müəllim haqqında xoş sözlər söyləmişdir. O öz müəllimlərini minnətdarlıqla xatırlayar, onların xidmətləri haqqında ürəkdolusu danışardi. Tədbirlər planına əsasən bizim məktəbdə də bu gün münasibətilə tədbir təşkil olunmuşdur.Səhər dərs başlamazdan əvvəl 3-cü sinif şagirdləri təşkil etdikləri fləşmobla müəllimləri təbrik etdilər.Daha sonra ikinci növbə şagirdlərimiz məktəbin foyesində vals oynayaraq müəllimlərə sürpriz etdilər.Tədbirin sonunda məktəbin  bir qrup müəllimi Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Suraxanı Rayon Komitəsi tərəfindən Fəxri Fərmanlarla  təltif olundular.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi