Ahıllar Günü

    BMT-nin Baş Məclisi 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı qətnamə qəbul etmişdir. Bu qətnamənin prinsiplərinə əsasən hər il oktyabrın 1-i bütün dünyada Beynəlxalq Ahıllar Günü kimi qeyd olunur. Bu tarixin beynəlxalq səviyyədə qeyd edilməsi isə ahıllara diqqət və qayğının artırılması məqsədi daşıyır. Azərbaycanda yaşlı insanların problemlərinə həssas münasibət bu gün də mövcuddur. Pensiya yaşlı insanların sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin diqqət mərkəzindədir. “Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı”na əsasən, onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində davamlı islahatlar həyata keçirilir. Bu islahatlar ölkəmizdə sosial müdafiə sisteminin beynəlxalq standartlar səviyyəsində yenidən qurulmasına imkan verir.

    Bu günlə əlaqədar məktəbimizin bir qrup müəllimi valideyinlərin təşəbbüsü ilə şagirdlərlə birgə  məktəbyani ərazidə yaşayan ahıl insanları ziyarət edərək onların könüllərini şad etmişlər. Maddi cəhətdən sıxıntı çəkən, kimsəsiz yaşayan bu insanların gözündəki sevinc hislərini görmək şagirdlərdə mərhəmət hissinin formalaşmasına təkan verəcək və onarın həyatında iz buraxacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi