Beynəlxalq Sülh Günü

21 sentyabr Beynəlxalq Sülh Günüdür. BMT bu günü 1981-ci ildə təsis etmişdir. İlk sülh günü 1981- ci ilin sentyabrında qeyd olunub. Əbədi mövzu olan Sülh mövzusu bu gün torpaqlarının 20 faizi işğal altında olan,  bir milyondan çox qaçqın və məcburi köçkünü olan Azərbaycan üçün də xüsusi əhəmiyyət kəsb edir. Təəssüf ki, ən sülhsevər xalqlardan biri olan , dünyanın ən tolerant ölkəsinin vətəndaşları Ermənistanın ölkəmizə təcavüzü nəticəsində öz vətənlərində didərginə dönüblər. Ümummilli  lider Heydər Əliyev Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdandan sonra hər şeydən  əvvəl böyük müdriklik və uzaqgörənliklə qan tökülməsinin qarşısını aldı, 1994-cü ilin mayında atəşkəs haqqında müqavilə imzalandı, müharibəni dayandırdı, ölkədə sabitliyə nail oldu. Bu həm də dövlətimizin sülh arzusunun ifadəsi idi. Sülh aylığı ilə əlaqədar məktəbimizdə də müxtəlif tədbirlər təşkil edilmişdir.Şagirdlər divar qəzetləri hazırlamış,müxtəlif müsiqilər öyrənmişlər. Həftə ərzində  bu mövzuda mühazirələr aparılmış və diskussiyalar keçirilmişdir. Müxtəlif slaydların nümayişi təşkil edilmişdir. Yekun tədbirdə isə məktəbin direktoru , tarix və ədəbiyyat müəllimləri bir yerdə dəyirmi masa keçirərək bu mövzunu tam əhatəli şəkildə şagirdlərin nəzərinə çatdırmışlar.Sonda şagirdlər sülhə aid şeirləri ilə çıxış etmişlər.         

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi