Bilik Günü

15 Sentyabr- Bilik Güdür. Bu əlamətdar gün respublikanın bütün ümumtəhsil məktəblərində olduğu kimi, bizim məktəbimizdə də qeyd edildi. Direktor Südabə Abdullayeva   tədbir iştirakçılarını, müəllim və şagird kollektivini salamladı və yeni dərs ilinin başlanması münasibətilə hamını təbrik etdi. Direktor öz çıxışında Bilik Günü ilə yanaşı, sentyabrın 15-nin həm də  Bakının bolşevik hərbi birləşmələrinin yadelli işğalçılardan azad edilməsinin 100-cü ildönümü olduğunu vurğuladı.Tədbirdə  iştirak edən qonaqlar çıxış edərək müəllim və şagird kollektivini təbrik etdilər, onlara vətənpərvər olmağı və dərslərində müvəffəqiyyət qazanmağı arzuladılar. Aprel döyüşlərində öz şücaəti ilə qəhrəmanlıq göstərən Əliyev Eldar Rafiq oğlu da çıxış edərək həm valideyn, həm də veteran kimi öz ürək sözlərini çatdırdı . Məktəbimizin qocaman müəlimləri çıxışlarında bütün şagirdlərə, xüsusən birincilərə yeni dərs günü münasibətilə uğurlar dilədilər. Məktəbin bu il yüksək balla ali məktəblərə qəbul olunan məzunları da Bilik Günü münasibətilə şagirdləri təbrik etdilər, uğur qazanmaq üçün dərsə ciddi və məsuliyyətlə yanaşmağı tövsiyə etdilər. Məktəbin şagirdləri ədəbi-bədii kompozisiya ilə  çıxış etdilər. Sonda ilk zəng çalındı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi