Məktəbə yeni təyinat

Sentyabrın 10-u məktəbimizə təyin olunmuş yeni direktorun təqdimatı olmuşdur. İlk olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsinin səlahiyyətli nümayəndəsi tərəfindən Abdullayeva Südabə İbrahim qızı məktəb kollektivinə təqdim olundu. Daha sonra məktəbin son göstəriciləri təhlil olundu və yeni dərs ilində qarşıya qoyulmuş prioritet  məsələlər müzakirə olundu. İlk iş günü məktəbin direktoru Südabə xanım direktor müavinləri ilə söhbət edərək  məktəb haqqında ətraflı məlumat aldı və öz tapşırıqlarını verdi. Sentyabrın 10-u saat 10.00- da Metodbirləşmə sədrləri ilə iclas keçirildi. Daha sonra sinif rəhbərlərinin yığıncağı oldu və  qoyulmuş tələblərə vaxtında əməl edilməsi tapşırıldı. Hər kəs yeni təyin olunmuş direktoru təbrik edərək bir yerdə məktəbimizin keyfiyyət göstəricilərini yüksəltmək üçün daim çalışacağına söz verdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi