"Əbədi Ezamiyyət"

Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyinin keçirilməsi barədə Bakı şəhəri üzrə Təhsil İdarəsinin 16.02.2018 – ci il tarixli F-84 nömrəli əmri ilə təsdiq edilmiş tədbirlər planına uyğun olaraq silsilə tədbirlərimiz davam edir.

28 may 1918 – ci il tarixində Azərbaycan Xalq Cumhuriyyətinin yaradılması Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi əbədi daxil olmuşdur.Həmin tarix Respublika günü kimi təntənə ilə qeyd edilir. Azərbaycan xalqı Azərbaycan Xalq Cumhuriyyətinin ideallarını davam etdirərək bu tarixi varislik üzərində yeni müstəqil Azərbaycan dövlətini yaratmışdır. Ulu öndər Heydər Əliyevin memarı olduğu Müasir Azərbaycan Xalq Cumhuriyyətinin layiqli varisi kimi bu gün daha da qüdrətli, çiçəklənən Azərbaycana çevrilmişdir. Bu məqsədlə məktəbimizdə yuxarı sinif şagirdlərinə “Əbədi Ezamiyyət” sənədli filmi nümayiş olunub. Film nümayişi gələn həftə ərzində də nümayiş olunacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi