Bacarıqlı əllər

Məktəbimizdə hər dərs ilinin sonuna yaxın texnologiya müəllimlərinin böyük əməyi və səyi ilə şagirdlərin ərsəyə gətirdiyi  müxtəlif cür əl işlərinin, suvenirlərin  sərgisi təşkil olunur. Bu sərgidə də şagirdlərin kağızdan hazırladığı oriqami incəsənət nümunələri çox böyük maraqla qarşılanmışdır.  Müxtəlif rəngli və ölçülü muncuqlardan, biserlərdən hazırlanmış kompazisiyalar müəllim və şagirdlərin diqqətini cəlb etdi. Hazırlanmış hər bir nümunənin ərsəyə gəlməsi böyük səbr və vaxt tələb edir. Onun üçün də texnologiya müəllimlərimizə məktəb rəhbərliyi təşəkkürünü bildirərək gələcək fəaliyyətlərində uğurlar arzuladı. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi