Əbədiyaşar Lider

 

Bu gün məktəbimizdə Ümummilli  Lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş dəyirmi masa təşkil olundu. Tədbirin əvvəlində Ümummilli Liderin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tarix müəllimi Rəna Məmmədova,  ədəbiyyat müəllimi Tehran Yusifova əbədiyaşar liderimizin həyat yolu haqqında şagirdlərlə müzakirələr apardı. Daha sonra Azərbaycanın qurucusu olan əsrarəngiz insanın fəaliyyətinə, doğma vətəni üçün gördüyü işlərə həsr olunmuş videorolik nümayiş olundu. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Ümumilli Liderin siyasətinin uğurlu davamçısı olduğu qeyd edildi. Bu tədbirdə  10 cu sinif şagirdi Zərrin Əliyeva  “Heydər Əliyev-95” ən yaxşı təqdimat müsabiqəsinin qalibi olduğu üçün məktəb rəhbərliyi tərəfindən qiymətləndirildi. Qeyd edək ki, Zərrinə bu təqdimatı hazırlamaqda istiqamət verən, yaxından dəstək olan məktəbimizin fəxri əməkdar müəllim Ofelya Musayeva olmuşdur. Bu artıq Ofelya müəllimənin ikinci şagirdidir ki, Respublika üzrə qalib olur.Sonda Zərrinin təqdimatı ilə tədbirə yekun vuruldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi