Narkomaniya Ağ Ölüm

Martın 15 –i məktəbimizdə Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları ilə şagird  kollektivinin  görüşü keçirilib.Görüşdə Bakı şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik  İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin rəis polkovnik leytnantı  Məryəm Ömərova maarifləndirici söhbətlər apararaq şagirdlərin nəzərinə çatdırmışdır ki, narkomaniyanın törətdiyi dəhşətli fəsadlar əsrin bəlasına çevrilib. Daha sonra Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili  polis mayoru Nail Ömərov və Suraxanı Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı  çıxış edərək  qeyd etdilər ki, bu ağ ölümə yoluxanların  sayı dünyada durmadan artır və hazırda 250 milyon nəfərdir. İnsanları ölümün  ağuşuna atan  genofonda sarsıdıcı  zərbələr  endirən  bu sağalmaz xəstəlik  bizim dövlətdən də yan keçməyib. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidentinin“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair  2013 – 2018 –ci illər üçün Dövlət Proqramı” nın təsdiq edilməsi barədə imzaladığı sərəncamı  insanları sağalmaz xəstəliyə düçar edən bu dəhşətli bəlaya  qarşı mübarizə sahəsində  atılmış ən xeyirxah addım kimi dəyərləndirmək gərəkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi