Şəhidlər ölməzdir

           Xalqımızın müstəqilliyə doğru gedən yollarında qanlı iz buraxmış 20 Yanvar faciəsinin 28-ci ildönümü münasibətilə Bakı şəhəri Suraxanı rayonunun 279 nömrəli tam orta məktəbində anım mərasimi keçirilmişdir.  Tədbirdə məktəbin direktoru S.Oktay, tərbiyə işləri üzrə direktor müavini Ə.Rəna, tarix müəllimi M.Rəna  iştirak etmişlər. Məktəbin ədəbiyyat müəllimi Q. Rəfiqə  çıxış etmişdir. Çıxışda 20 Yanvar faciəsinin tarixi barədə məlumat verilmiş, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə M. Qorbaçovun birbaşa göstərişinə əsasən sovet ordusu hərbi hissələri və zirehli texnikasının heç bir xəbərdarlıq etmədən, keçmiş SSRİ-nin və Azərbaycan SSR-in konstitusiyalarının müvafiq müddəaları, beynəlxalq hüquq normalarının kobudcasına pozularaq Bakıya yeridilməsi, nəticədə erməni millətçilərinin ölkəmizə qarşı bitib-tükənməyən ərazi iddialarına etiraz əlaməti olaraq öz torpaqlarının müdafiəsinə qalxmış xalqımıza vəhşicəsinə divan tutulması, yüzlərlə insanın həlak olması, yaralanması, həbs edilməsi, itkin düşməsi barədə ətraflı məlumat verilib, bu qanlı hadisənin və şəhidlərimizin xatirəsinin yaddaşlardan heç bir zaman silinməyəcəyi qeyd olunmuşdur.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi