"Narkomaniyaya yox deyək"

İyunun 9-da 279 nömrəli tam orta məktəbdə "Narkomaniyaya yox deyək" adlı tədbir keçirilmişdir. Tədbirdə Daxili İşlər Nazirliyinin, Suraxanı Rayon Polis İdarəsinin nümayəndələri, eləcə də Suraxanı rayon 33-cü Polis Bölməsinin Rəisi iştirak edirdi. Görüş-tədbir yüksək səviyyədə baş tutdu. Tədbiri məktəbin direktoru Oktay Səmədov açdı və qonaqları salamladı. O, görüşün əhəmiyyətini, onun keçirilməsinin əhəmiyyətini açıqladı və qeyd etdi ki, hazırda bütün dünyada qlobal problemə çevrilən narkomaniyaya qarşı mütəşəkkil mübarizə aparmaq üçün respublikamızda da ciddi tədbirlər həyata keçirilir. Bu günkü tədbir də həmin planın tərkib hissəsidir. Gəncləri bu kütləvi bəladan xilas etmək, onları maarifləndirmək əsas məqsəd kimi qarşıda durur. Həmin məqsədi həyata keçirmək daxili işlər orqanlarının və eləcə də məktəblərin başlıca vəzifəsidir. Sonra söz DİN-in nümayəndəsinə verildi. O, narkomaniyanın yayılmasının ağır nəticələri, dğvlət səviyyəsində bu sahədə görülən tədbirlər haqqında danışdı. Daha sonra digər qonaqlar söz aldılar. Onlar şagirdlərə bu sahədə dəyərli məsləhətlər verərək narkomaniyadan qorunmağın yollarını müzakirə etdilər. Şagirdlər çox fəallıqla bu müzakirədə iştirak edərək qonaqlara maraqlı və aktual suallarla müraciət etdilər. Məktəbin müəllimləri də müzakirədə fərqlənirdilər. Tamilla Vəliyeva, Fərman Əmirov və digər müəllimlər gənclər üçün xüsusi əhəmiyyət kəsb edən məsələlərə dair sualları ilə müzakirənin daha canlı keçməsinə şərait yaratdılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi