MİLLƏTİN VƏ DÖVLƏTİN XİLASKARI

Bu gün, mayın 10-da 279 nömrəli tam orta məktəbdə Ulu Öndər, Ümummili Lider Heydər Əliyevin 94 illiyi münasibətilə tədbir keçirilmişdir. Tədbiri məktəbin tarix müəllimi Fərman Əmirov açdı. O, Heydər Əliyevin həyat və fəaliyyəti haqqinda əhatəli məlumat verdi. 90-cı illərin əvvəllərində Azərbaycanı parçalanma həddinə çatdıran qüvvələrin planları məhz Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə puça çıxdı. Ulu Öndər təzəcə müstəqillik qazanan respublikada özbaşınalığın, hakimiyyətsizliyin, vətəndaş qarşıdurmasının, xaosun ölkəni məhv etməsinə imkan vermədi. O,xalqını böyük fəlakətdən xilas etdi, hakimiyyət uğrunda mübarizəyə son qoydu, separatçılığın qarşısını aldı. Heydər Əliyevin milli dövlətçiliyin möhkəmləndirilməsində rolu misilsizdir. Onun bu sahədə gördüyü işləri saymaqla qurtarmaz. Heydər Əliyevin təkcə ordu quruculuğunu həyata keçirməklə Azərbaycanın ərazi bütövlüyünü və tam suverenliyini qorumasını söyləmək kifayətdir. Respublikamızda demokratik və hüquqi dövlət quruculuğu məhz Heydər Əliyevin adı ilə bağlıdır. Tədbirdə Minayə Xalıqovanın rəhbərlik etdiyi 4 b sinif şagirdləri xüsusilə fərqləndilər.Onlar Ümummilli Lider haqında bir-birindən maraqlı şeirlər söylədilər, nəğmələr oxudular. Tədbirin musiqi tərtibatı məktəbin müəllimi İradə Hüseynovaya məxsus idi. Sözləri və musiqisi İradə müəllimə tərifindən yazılmış mahnı hamının xoşuna geldi. O.Səmədov Heydər Əliyevin xalq və dövlət yolunda yorulmaz fəaliyyəti haqqında danışdı və xatirələrini söylədi. Şagirdlər Heydər Əliyevin yolunu davam etdirəcəklərinə söz verdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi