Şagird əllərinin yaratdığı gözəllik

Aprel ayının 28-də 279№li tam orta məktəbdə məktəblilərin əl işlərindən ibarət baxış sərgi keçirilmişdir. Sərgidə məktəbin şagirdlərinin hazırladıqları əl işləri nümayiş etdirilmişdir. Məktəb texnologiya müəllimi Zemfira Hüseynovanın təşkilatçılığı sayəsində araya-ərsəyə gəlmiş sərgi məktəb kollektivində və şagirdlərdə böyük maraq doğurmuşdur. Baxış-sərginin keçirilməsində məktəbin digər texnologiya müəllimləri Kəmalə Ağayeva və Sevil Qasımova da yaxından iştirak etmişlər. Sərginin gedişində 8b sinif şagirdləri Əsmərin, Ayselin, Nərminin, 8a sinif şagidləri Ə.Ayişənin, Q.Ayişənin, Mahizərin, Röyanın, 7c-dən Adilənin, Nəzrinin, Pərinin, Sonaxanımın, Türkanın, 7d sinfindən Nigarın, Şirinin, Dimitrinin, Vilyamın, İsaməddinin, 6a sinfindən Paşayeva Lalənin əl işləri öz gözəlliyi ilə diqqəti daha çox çəkdi. Rəngarəng saplardan, muncuqlardan, kağızlardan, güllərin ləçəklərindən və yarpaqlarından hazırlanmış baxış-sərgi bir neçə gün davam edəcək.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi