279 NÖMRƏLİ TAM ORTA ”MƏKTƏB PARLAMENTİ” GÜNÜ

”Məktəb parlamenti” layihəsi çərçivəsində 279 nömrəli tam orta məktəbdə şagird idarəetmə sistemi həyata keçirilməkdədir . Məqsəd şagirdlərdə liderlik və komanda şəklində işləmək bacarığını formalaşdırmaqdır. Məktəblilərdə təşkilatçılıq keyfiyyətlərini inkişaf etdirmək məqsədi ilə aprelin 19-da məktəbdə ”Məktəb parlamenti”nin növbəti tədbiri baş tutmuşdur. Həmin gün 279 №li məktəbin idarə olunması şagirdlərin öhdəsinə verilmişdir. 8c sinfində təhsil alan Akif Eyyubov məktəbin direktoru, 8d sinif şagirdi Aygün Muradova təlim-tərbiyə işləriüzrə director müavini, 8b sinif şagirdi İlhamiyyə Əzizova təşkilatçı, 9a sinif şagirdi Nərgiz Aslanova məktəbin psixoloqu, 10b sinif şagirdi Nərmin Səfərova ibtidai siniflərin tədris hissə müdiri kimi "fəaliyyət" göstərmişdir. Onu da qeyd edək ki, şagirdlər vəzifələrinin öhdəsindən layiqincə gəldilər. Məktəbdə dərs prosesi normal davam etmiş "direktor" və "müavinləri" dərs prosesini izləmiş, şagirdlərin problemləri ilə maraqlanmışlar. Həmin gün məktəbdə yüksək təlim şaraiti hökm sürürdü.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi