31 MART AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜDÜR.

31 Mart 2017-ci ildə 279 №-li tam orta məktəbdə azərbaycanlıların soyqırımı günü qeyd edilmişdir. Azərbaycan Respublikasında dövlət səviyyəsində azərbaycanlıların soyqırımı günü 1998-ci ildən qeyd edilir. Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 20 mart tarixli fərmani ilə azərbaycanlıların soyqırımına siyasi qiymət verilmişdir.Bu tarixi sənəd xalqımıza qarşı törədilən cinayyətlərə verilən ən əhəmiyyətli sənəddir. Tədbiri giriş sözü ile məktəbin tarix müəllimi,Əməkdar müəllim Ofeliya Musayeva açdi. O, hələⅠPyotrun dövründə ermənilərin tarixi Azərbaycan torpaqlarında məskunlaşmasını ,Gülüstan və Türkmənçay müqavilələri ilə torpaqlarımızın parçalanmasının başlanmasını, Azərbaycan türklərinin kütləvi şəkildə qırılmasını tarixin faciəvi və qanlı səhifələrindən biri kimi qeyd etdi. Ermənilərin ⅩⅩ əsrin əvvəllərində 1905-1907-ci və 1918-ci illərdə törətdiyi gətliamlar haqqında məlumat verdi. 1947-ci ildə, 1948-1953-cü illərdə ermənilər 150 min azərbaycanlının öz tarixi torpaqlarından qovulmasına nail oldular. Bu qanlı proses 1988-1991 –ci illərdə tamamilə başa çatdırıldı. Sonra məktəbin şagirdləri soyqırım haqqında maraqlı təqdimatlarla çıxış etdilər. 5a,10a,11b sinif şagirdləri xüsusilə fərqləndilər.Onlar Xocalı faciəsi də daxil olmaqla, ⅩⅩ yüzillikdə xalqınıza qarşı baş verən soyqırım faciəsini hec vaxt unutmayacaqlarını, düşmənə qarşı mübariz olacaqlarına and içdilər. Abiyev Cavidanın soyqırım qurbanlarına həsr etdiyi şeir maraqla qarşılandı. Zəhranın, Leylanın,Sultanın,Mehdinin,Həcərin,Rəfiqənin,Səbinənin, Türkeşin soyqırımla bağlı maraq doğurdu. 279 №-li tam orta məktəbin direktoru O.Səmədov şagirdlərə bu faciəvi tarixi hadisə haqqında təkzib edilməz faktlar söylədi.O, şagirdlərə tariximizi daha yaxşı öyrənməyi,başımıza gətirilən faciələrdən ibrət götürməyi tövsiyə etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi