"ANA DİLİMİZİ SEVİN"

Fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili günü kimi qeyd olunur. Həmin gün 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə YUNESKO tərəfindən Beynəlxalq Ana Dili günü elan edilmişdir. Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. Ana dili millətin özünəməxsusluğunu qorumaqla yanaşı, tərcümə vasitəsilə başqa xalqların mədəni irsi ilə tanış olmağa, onlarla ünsiyyət qurmağa imkan yaradır. Bu gün münasibəti ilə Bakı şəhəri 279 nömrəli tam orta məktəbin 9a sinfində Azərbaycan dili və ədəbiyyat müəllimi Yusifova Tehran açıq dərs vermişdi. Açıq dərsdə şagirdlərə bildirildi ki,bu dil- dahilərimizin dilidir. Odur ki, Ana dilimizi sevək və qoruyaq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi