Qubadlı şəhəri günü

Qubadlı şəhəri günü

Bu gün 25 oktyabr 44 günlük Vətən müharibəsinin ən əhəmiyyətli və strateji hərbi uğurlarından biri hesab edilən Qubadlının azad olunduğu gündür.

Məktəbimizin 5”D”sinfinin sinif rəhbəri Aygün müəllimə şagirdləri ilə birgə Qubadlı şəhəri gününə həsr olunmuş tədbir keçirib.

Sinif rəhbəri tədbir zamanı şagirdlərə məlumat verərək bildirib ki,Qubadlının 1993-cü il avqustun 31-də Ermənistan tərəfindən işğal olunması tariximizin ən acı səhifələrindən biri olub. Qubadlı erməni işğalında olduğu zaman digər ərazilərimiz kimi böyük dağıntıya, barbarlıq və vandalizmə məruz qalıb və nəhayət Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan döyüş əməliyyatları ilə 2020-ci il oktyabrın 25-də Qubadlı şəhəri erməni işğalından azad edilib. Bu gün Qubadlı şəhərinin işğaldan azad edilməsindən üç il ötür.

Daha sonra şagirdlər şeirlər səsləndirib, Qubadlı uğrunda döyüşlərdə şəhid olan hərbiçilərimiz haqqında hazırladığı təqdimatları nümayiş etdiriblər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi