Qubadlı şəhər günü qeyd olundu.

25 oktyabr 2020-ci il tarixində xalqa etdiyi müraciətində Qubadlı rayonunun bir sıra yaşayış məntəqələrinin və Qubadlı şəhərinin işğaldan azad olunmasını elan etməsi ilə Qubadlı adlı həsrətimizə son qoyuldu.

Azad edilmiş torpaqlarda artıq yeddi yarımstansiya inşa olunub. Zəngilandan Qubadlıya, Laçına dördzolaqlı yol çəkilir ki, bu yol həm Şərqi Zəngəzur iqtisadi rayonundakı rayonlar arasında birləşməni təmin edəcək, həm də insanlar bu yoldan rahat istifadə edəcəklər.

Oktyabrın 25-də - Vətən müharibəsinin 29-cu günündə isə Azərbaycan Ordusu Qubadlı şəhərini və Qubadlı rayonunun daha bir neçə kəndini işğaldan qurtardı.

Məktəbimizin 4 “A” sinif şagirdləri sinif rəhbəri Zemfira Tağıyevanın təşkilatçılığı ilə sinifdaxili tədbir keçirdi.

Məktəb rəhbərliyinin iştirak etdiyi tədbirdə şagirdlər hazırladıqları şeirləri ,mahnıları və Qubadlı şəhəri haqqında öyrəndikləri məlumatları səsləndirdi.

Qayıdışın mübarək doğma QUBADLI!

#7dən17yəvətənpərvər

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi