Zəngilan Şəhəri Günü

Bu gün - oktyabrın 20-si Zəngilan Şəhəri Günüdür.

Azərbaycanda Zəngilan Şəhəri Günü ilk dəfədir qeyd olunur.

Prezident İlham Əliyevin bu il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il oktyabrın 20-də Zəngilan Şəhəri Günü təntənəli şəkildə qeyd ediləcək.

Bu əlamətdar günün təsis olunması Zəngilan şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Belə ki, bu gün - oktyabrın 20-də şəhərin erməni işğalçılarından təmizlənməsindən 3 il ötür.

Bununla əlaqədar 7”B” sinif şagirdlərinin iştirakı ilə dəyirmi-masa təşkil olundu.

Dəyirmi-masa zamanı şagirdlərə Zəngilan haqqında video nümayiş edildi.

Bunun ardınca şagirdlər Zəngilan haqqında öyrəndikləri ətraflı məlumatları səsləndirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi