“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir!”adlı tədbir təşkil olundu.

Bu il müzəffər Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 32-ci ilidir.

2022-ci ilin 15 oktyabrında Milli Məclis prezident İlham Əliyevin təşəbbüsü ilə “Müstəqillik Günü haqqında” yeni qanunu təsdiqlədi. Qanuna əsasən, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edildi.

Təbii ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan daha çətindir. Azərbaycan xalqı 1990-cı illərin əvvəllərində yenicə bərpa etdiyi müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qaldı, lakin bu ağır günlərdə qətiyyətli iradə nümayiş etdirərək öz taleyinə sahib çıxmağı bacardı. Azərbaycan xalqının ən böyük arzusu işğal altında olan torpaqlarının azad edilməsi, ərazi bütövlünün bərpası idi. Xalqın bu arzusunu prezident İlham Əliyev reallaşdırdı. 2020-ci ildə 44 günlük Vətən Müharibəsində (İkinci Qarabağ Mühartibəsi) prezident, Ali Baş komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı şanlı Qələbə nəticəsində işğala son qoyuldu, düşmən Azərbaycan torpaqlarından qovulub çıxarıldı, dövlətin ərazi bütövlüyü bərpa edildi. Bu tarixi Zəfəri qazanan Azərbaycan xalqı bütün dünyaya göstərdi ki, Azərbaycanın müstəqilliyi əbədidir!

Məktəbin Tədbirlər Planına əsasən 2"Ç" sinfində “Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir!” adlı tədbir təşkil olundu. Tədbir Azərbaycan Respublikasının Dövlət Himnin səslənməsi ilə başladı. Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sinif rəhbəri Natəvan Abiyevanın rəhbərliyi ilə şagirdlərin hazırlamış olduqları səhnəcik, rəqs və mahnı nömrələri nümayiş olundu.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi