10 Oktyabr "Ümumdünya Psixi Sağlamlıq Günü"

10.10.2023-cü il tarixində məktəbimizin psixoloqları Raida Xidirova və Aynurə Babayeva 10 Oktyabr "Ümumdünya Psixi Sağlamlıq Günü"nə həsr olunmuş seminar keçirdi.

Seminarda "Psixi sağlamlıq nədir?", "Psixi sağlamlığın rifahına təsir edən amillər hansılardır"? mövzusunda geniş müzakirələr aparıldı və şagirdlərə faydalı məlumatlar verildi.

Psixi sağlamlıq tək psixi pozuntuların olmaması demək deyil. Psixi sağlamlıq insanın öz qabiliyyətini reallaşdıra bildiyi adi həyat stresslərinin öhdəsindən gəldiyi əmin amanlıqdır. Bu mənada Psixi sağlamlıq həm insanın firavanlığının, həm də cəmiyyətin effektiv fəaliyyətinin əsasıdır.

Çıxış edən psixoloqlar qeyd edib ki, sağlamlığın ayrılmaz və əhəmiyyətli hissəsi olan psixika hər kəsə öz bacarıq və şəxsi potensialını nümayiş etdirməyə, adi həyat streslərini dəf etməyə, məhsuldar və faydalı iş görməyə, cəmiyyətə xeyir verməyə imkan yaradır. Psixi sağlamlığa nail olmaq üçün əsas məsələlərdən biri depressiv xəstəliklərin - şizofreniya, narkotik asılılığı, epilepsiya, əqli gerilik və Altsheymer xəstəliklərinin qarşısını almaqdır.

Daha sonra şagirdlərə “Psixi Sağlamlıq”-la bağlı videoçarx nümayiş etdirilib və bildirilib ki,

müasir həyatın tərkib hissəsinə çevrilən streslə mübarizə aparmaqdansa, onu “yaxına buraxmamaq” daha yaxşıdır

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi