Şəhid Elçin İsmayılovun anım günü

Oktyabrın 7-də Müzəffər Ali Baş Komandan, #Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı 44 günlük Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsində ucalan, 3-cü dərəcəli Rəşadət" ordeni, “Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə", “Füzulinin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” medallarına layiq görülən #şəhid İsmayılov Elçin Mübariz oğlunun anım günü qeyd olunub.

Şəhid Elçin İsmayılovun anım günü ilə əlaqədar məktəbimizin 3”Ç”sinif şagirdləri sinif rəhbəri Günel Balayevanın rəhbərliyi ilə şəhidimizin ev ziyarətində olmuşdur.

Şagirdlər onun haqqında məlumatlar və şeirlər səsləndirdi.

Daha sonra şəhid Elçin İsmayılovun timsalında vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla anılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi