Suqovuşan azad olunmasından 3 il ötdü

Azərbaycan Respublikası Təhsil Nazirinin 07.09.2021-ci il tarixli F-429 əmrinin icrasını təmin etmək məqsədilə BŞTİ-nin 08.09.2021-ci il tarixli F-191 nömrəli əmri ilə təsdiq olunmuş “27 sentyabr Anım Günü və 8 Noyabr Zəfər Günü ilə bağlı Tədbirlər Planı”na uyğun olaraq Bakı şəhəri Suraxanı rayonu 279 nömrəli tam orta məktəbin Tədbirlər Planına uyğun olaraq məktəbin 3”Ç” sinif şagirdlərinin iştirakı ilə təşkilat saatı keçirildi.

Təşkilat saatı zamanı sinif rəhbəri Günel Balayeva Tərtər rayonunun Suqovuşan qəsəbəsinin erməni işğalından azad edilməsinin ildönümü haqqında şagirdlərə ətraflı məlumat verdi.

Suqovuşan əvvəllər Ağdərə rayonu inzibati ərazisinə aid olub. Sonradan Tərtər rayonunun tərkibinə daxil edilib.

Suqovuşan qəsəbəsi ilk dəfə 1991-1992-ci illərdə Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib. Lakin 1994-cü ilin aprelində yenidən Ermənistan tərəfindən işğal edilmişdi.

2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsində müzəffər Ordumuz oktyabrın 3-də Suqovuşanı işğaldan azad edib. Suqovuşan döyüşü Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində şimal-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri olub.

Suqovuşanın azad edilməsi xəbərini əhaliyə Azərbaycan Prezienti, Ali Baş Komandan İlham Əliyev elan edib. Elə həmin gün dövlət başçısı ermənilər tərəfindən Madagiz adlandırılan qəsəbənin tarixi adını bərpa edərək, onun Suqovuşan adlandırılması barədə tapşırıq verib.

Suqovuşan döyüşü Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində şimal-şərq cəbhəsində baş verən ən əhəmiyyətli döyüşlərdən biri hesab olunur. Suqovuşan-Ağdərə istiqamətində gedən döyüşlər zamanı Ermənistan silahlı qüvvələri xeyli canlı qüvvə itirməklə yanaşı, 77-ci tank taborunun 4 tankı məhv edilib, 3 tankı isə qənimət götürülüb.

Ermənistan Silahlı Qüvvələrinin Ağdərə istiqamətində yerləşən 5-ci dağatıcı alayının müdafiə sahəsinə qoşunlarımız tərəfindən artilleriya zərbələrinin endirilməsi nəticəsində alayın 4 ədəd avtomobil texnikası məhv edilib, şəxsi heyəti arasında çoxlu sayda ölən və yaralanan olub. 5-ci dağatıcı alayın bir neçə bölməsinin şəxsi heyəti döyüş mövqeyini tərk edərək qaçıb.

Suqovuşanın düşməndən azad edilməsi Suqovuşan su anbarından Tərtər, Goranboy və Yevlax rayonlarına suyun verilməsi ilə ekoloji tarazlıq təmin olunub.

Xatırladaq ki, Prezident İlham Əliyevin 2020-ci ilin dekabrın 29-da və 2021-ci ilin iyunun 24-də imzaladığı müvafiq sərəncamlara əsasən, bir qrup hərbi qulluqçu “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.

Hazırda digər işğaldan azad edilmiş rayonlarımız kimi Suqovuşan qəsəbəsində də böyük tikinti-quruculuq işləri aparılır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi