VALİDEYN İCLASI

 

22.09.2023 -cü il tarixində XI siniflərin valideynləri ilə məktəb rahbərliyinin təşkilatçılığı

ilə iclas keçirildi. İclası giriş sözü ilə açan məktəb direktoru Südabə Abdullayeva ilk növbədə iclas iştirakçılarını yeni tədris ilinin başlanması münasibətilə təbrik etdi, onlara öz xoş arzularını çatdırdı. Daha sonra məktəb rəhbəri valideyn – şagird – müəllim münasibətlərinin düzgün istiqamətdə qurulmasının vacibliyini vurğuladı.

Məktəb rəhbəri həmçinin yeni tədris ilində məktəbdə dərslərdə iştirak və nizam -intizam qaydalarına düzgün əməl etməyi valideynlərin nəzərinə çatdırdı.

Siniflərdə tədris olunacaq fənnlər haqqında məlumat verdi.

Bundan əlavə Südabə müəllim valideynlərə şagirdlərə hər zaman psixoloji dəstək olmalarını, onların bütün hallarda əhvallarını yüksək tutmalarını tövsiyə etdi.

Südabə müəllim sonda valideynləri maraqlandıran sualları da ətraflı şəkildə cavablandırıldı.

Məktəb rəhbərinin çıxışı bitdikdən sonra təlim-tərbiyə işləri üzrə direktor müavini Təranə Hadıyeva valideynlərlə söhbət apardı və gündəlikdə duran məsələləri valideynlərin diqqətinə çatdırdı.

Daha sonra məktəbin psixoloqları Raida Xidirova və Aynurə Babayeva valideynlərə tələbə adını qazanmaq uğrunda çalışan övladlarının psixoloji vəziyyəti, effektiv ünsiyyətin vasitələri, “Z”nəslinin psixoloji xüsusiyyətləri ilə bağlı maarifləndirici söhbət apardılar.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi