Əlvida,bilmirəm mövzusu

 

Məktəbin 6 “ A” sinif şagirdləri 22.09.2023-cü il tarixində ədəbiyyat dərsində “Əlvida Bilmirəm” mətnini öyrəndi.

Mətnin mövzusu olduqca maraqlı idi.

Mətni oxuyub müzakirə edən şagirdlər onların təlim- tərbiyəsində,davranışlarında,həyatlarında ciddi dönüş yarada biləcək mövzu olduğunu anladı.

Şagirdlər bu mövzuda öz xarakterləri haqqında düşünməyə vadar oldu.

Hər bir şagird öz xasiyyətində çatışan-çatışmayan zəif cəhətlətirinin,komplekslərinin olduğunu araşdırmağa çalışdı.

Fənn müəllimi Məlahət Ağayeva şagirdlərə boş vərəq paylayaraq, tapşırıq verdi ki hər bir şagird öz xarakterində bacarmadığı,edə bilmədiyi, hətta etmək istəyib amma edə bilmədiyi cəhətləri bu vərəqdə qeyd etsinlər.

Daha sonra şagirdlər öz yazdıqları qeydləri müəllimin iştirakı ilə məktəbin həyətində çala qazaraq torpaqla basdırdı.

Onlar “Bilmirəm ,Bacarmıramlara əlvida” dedi.

Şagirdlər hər biri özgüvənli artıq!

Əziz şagirdlər siz hər şeyi bacarırsınız!

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi