Bilik günü

Məktəbimizdə 15 Sentyabr Bilik Günü qeyd olundu.

Tədbirimiz Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlanıldı.

Daha sonra Ulu Öndər Heydər Əliyev və Vətən torpağının ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.

Bilik günü açıq elan edildi.

İlk çıxışı məktəbimizin direktoru Südabə Abdullayeva edərək məktəbimizin şagirdlərinə yeni tədris ilində uğurlar arzu etdi.

Çıxışında Südabə Abdullayeva ilk dərslərin “Heydər Əliyev Azərbaycan Respublikasının xilaskarı və qurucusudur”mözsusuna həsr olunacağını qeyd etdi.

Məktəbimizdə Elm və Təhsil Nazirliyi tərəfindən seçilmiş vahid məktəbli formasının tətbiq edilməsinin valideyn və müəllimlər üçün heç bir problem olmadığını qeyd etdi.

Südabə Abdullayeva Ümumilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə dövlətimizin hərtərəfli inkişafı ilə bağlı etdiyi nailliyyətlərdən danışdı.

Həmçinin o,Azərbaycan Respublikasının prezidenti Müzəffər Ali Baş Komandanımız İlham Əliyev cənablarının başqa sahələrdə olduğu kimi təhsilin inkişafı ilə bağlı etdiyi işlərdən danışdı.

İşğaldan azad olunmuş torpaqlarımızda yeni təhsil ocaqlarının açılması ilə bu sevinci bizə yaşadan Ali Baş Komandanımız İlham Əliyevə təşəkkürünü bildirdi.

Direktorun çıxışından sonra məktəbimizin qonağı Suraxanı Rayon İcra Hakimiyyətinin əməkdaşı Dəniz Aslana söz verildi.Dəniz müəllim öz çıxışında şagirdlərə Suraxanı Rayon İcra Başçısı Əziz Əzizovun təbriklərini çatdırdı.Onlara yeni dərs ilində uğurlar arzu etdi.

Çıxışından sonra Dəniz müəllim və Südabə Abdullayeva “Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur”mövzusunda keçirilən ilk dərsləri izlədilər.

15 Sentyabr Bilik günü tədbirində Məftunə Kərimli,Sevda Əhmədova ,Pərvin Məmmədova və Aybəniz Əliyevanın birinciləri çıxış etdi.

Birincilər şeirlər ,mahnılar səsləndirdi və Heydər Əliyev haqqında fikirkər söylədilər.

Tədbirin sonunda 1”A” sinif şagirdi Zümrüd İbrahimli Şuşanın dağları” mahnısı ilə rəqs etdi.

Yeni dərs ilində müəllimlərə və şagirdlərə uğurlar arzu edirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi