Fərqlənmə Attestatları Təqdim Olunub

FƏRQLƏNMƏ ATTESTATLARI TƏQDİM OLUNUB

İyulun 14-də məktəbin direktoru Südabə Abdullayevanın təqdimatında məktəbin 11-ci sinif məzunlarına tam orta təhsil haqqında və 9-cu sinfi müvəffəqiyyətlə başa vuran şagirdlərə isə ümumi orta təhsil haqqında fərqlənmə attestatları verilib.

2022-2023-cü tədris ilində məktəbin IX (doqquzuncu) və XI (on birinci) sinfini əla qiymətlərlə bitirmiş, ümumi orta və tam orta təhsil təhsil səviyyəsində oxuduqları müddət ərzində nümunəvi davranışları ilə fərqlənən, bütün fənlərdən attestata yazılan illik (yekun) qiymətləri beş olan, ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında hər bir fənn üzrə 75-dən (yetmiş beş) yuxarı bal toplayan fərqlənmə attestatları təqdim olunub.

Görüşdə fərqlənmə attestatı alan məzunlar və şagirdlər çıxış edərək nailiyyətlərinə görə müəllimlərinə və valideynlərinə minnətdarlıqlarını bildirib, daha böyük uğurlar üçün çalışacaqlarına söz veriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi