Şəhid Elçin İsmayılovun məzarı ziyarət edildi

“Şəhid olsam ağlamayın, əksinə, sevinin ki, o zirvəyə ucaldım”. Bu sözlər 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olan kapitan Elçin İsmayılova məxsusdur.

Ermənilərin 23 yüksək rütbəli zabitini təkbaşına məhv edən, Xüsusi Təyinatlı Qüvvələrin zabiti, “Yaşma” taborun qərargah rəisi müavini, kəşfiyyatçı, döyüş komandiri şəhid kapitan İsmayılov Elçin Mübariz oğlu 30 may 1989-cu ildə Ucar rayonunda anadan olub.

Qəhrəmanımız məhz toy gününə təsadüf edən tarixdə - 7 oktyabr 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalır.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin İsmayılov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin İsmayılov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin İsmayılov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.

Məktəbimizin 2”Ç”sinfi şəhid Elçin İsmayılovun adını daşıyır. 2”Ç”sinif şagirdləri sinif rəhbəri Günel Balayevanın rəhbərliyi ilə şəhid Elçin İsmayılovun doğum günü münasibətilə şəhidin ailəsini ziyarət etmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi