“Məktəbli teatrı”nın “100 yaşa” adlı tamaşası

  Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI qrant müsabiqəsi çərçivəsində yaradılan lahiyə rəhbəri Südabə xanım Abdullayevanın təşəbbüsü ilə “Məktəbli teatrı”nın “100 yaşa” adlı tamaşası 226 nömrəli tam orta məktəbdə nümayiş olundu.

“Heydər Əliyev ili”nə həsr edilən tamaşanın ssenari müəllifi “Azərbaycan məktəbi” jurnalının baş redaktoru Arzu Soltan, rejisoru isə Bakı Uşaq və Gənclər Teatrının direktoru, Respublikanın əməkdar artisti İntiqam Soltandır.

“Məktəbli Teatrı” şagirdlərinin “100 yaşa” tamaşası 226 nömrəli orta məktəbdə böyük rəğbətlə qarşılandı.

Tamaşanı məktəbin VI ,VII,VIII sinif şagirdləri maraqla izlədi.

Yaradılan şəraitə və diqqətə görə 226 nömrəli tam orta məktəbin direktoru Arzu xanım Məmmmədovaya və təşəkkür edirik!

Məlumat üçün qeyd edək ki, pyesdə qlobal iqlim dəyişiklikləri və su qıtlığı problemləri ilə qarşı-qarşıya qalan məktəblilər onların həll edilməsinin həm də özlərinin təhsilə yanaşmasından asılı olduğunu anlayırlar. Məktəblilər başa düşürlər ki, dünyadakı problemləri həll etmək üçün birinci növbədə özlərini inkişaf etdirməli, həm şəxsiyyət, həm mütəxəssis kimi formalaşmalı, həm də məsuliyyətli vətəndaş kimi yetişməlidirlər. Bu yolda onlara xalqımızın ümummilli lideri Heydər Əliyevin təhsil və ətraf mühitə qarşı qayğı ilə bağlı deyimləri, tövsiyələri çıraq tutur.

Tamaşaçılara verilən mesaj bundan ibarətdir ki, insan olaraq öz xarakterinizin, öz təbiətinizin qayğısına qalsanız, dünyanın da təbiətini qoruyacaq, hamının firavan yaşamasına xidmət etmiş olacaqsınız.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi