Şahmat turniri

  Suraxanı Şahmat Məktəbində  Vətən müharibəsinin şəhidi  Kazımlı Mürsəl Kamil oğlunun xatirəsinə həsr olunmuş şahmat üzrə rayon məktəblilərinin komandaları arasında xatirə turniri keçirilib. Turnirdə şəhidimizin atası Kamil Kazımov, Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Etibar Əliyev, RİHB-nin müavini Könül Axundova və digər qonaqlar iştirak ediblər. İlk öncə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov turnirdən xatirə diplomunu Şəhidin atası Kamil Kazımova təqdim etdikdən sonra turnirə start verilib. Məktəbimizin şagirdləri beş məktəb arasında keçirilən görüşdən qalib çıxaraq I yeri qazanmışdır.Yarışda Nihalə Hüseynovanın komandanlığı ilə altı şagird iştirak etmişdir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi