“Məktəbli teatrı” “100 yaşa” tamaşasını təqdim edib

  Noyabrın 11-də Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI qrant müsabiqəsi çərçivəsində yaradılan “Məktəbli teatrı”nın “100 yaşa” adlı tamaşasının premyerası keçirilib.

  Premyerada Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz müəllim Əzizov və müavinləri,YAP Suraxanı rayonu təşkilatının sədri Vüqar müəlllim Seyidov, Suraxanı Rayon Prakroru Rəşid Mahmudov ,Suraxanı Rayon Məhkəməsinin sədri Rasim Kazımov, millət vəkilləri Etibar Əliyev,Vüqar İsgəndərov ,Elm və Təhsil Nazirliyinin Tədqiqat və İnnovasiyalar sektorunun müdiri Vüsalə Əliyeva ,Bakı Baş Təhsil İdarəsinin Məktəbdənkənar fəaliyyətin təşkili sektorunun müdiri Günay Qurbanova,BŞTİ-nin Ümumtəhsil sektorunun müdiri Fuad Babayev ,BŞTİ-nin Keyfiyyətə Nəzarət sektorunun müdiri Anar Mustafazadə,əməkdar müəllim Asif Cahangirov,Təhsil mütəxəssisi Nadir İsrafilov, Azərbaycan Dövlət Pedoqoji Universtitetinin Keyfiyyətin Təminatı şöbəsinin müdiri Qalib Şərifov,ADBTİA-nın dosenti Hicran Şərifov ,Suraxanı Rayon Ağsaqqallar Şurasının sədri Arif Babayev,məktəb direktorları,şəhid ailələrinin üzvləri,qazilər,valideynlər və şagirdlər iştirak ediblər.

  “Heydər Əliyev ili”nə həsr edilən tamaşanın ssenari müəllifi “Azərbaycan məktəbi” jurnalının baş redaktoru Arzu Soltan, rejisoru isə Bakı Uşaq və Gənclər Teatrının direktoru, Respublikanın əməkdar artisti İntiqam Soltandır.

  "Məktəbli teatrı" layihəsini 279 nömrəli tam orta məktəb həyata keçirib. Layihə adıçəkilən məktəb ilə Bakı Şəhər Mədəniyyət İdarəsi Uşaq və Gənclər Teatrı və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platforması ilə əməkdaşlıqda reallaşıb.

  Layihənin rəhbəri, 279 nömrəli məktəbin direktoru Südabə Abdullayeva bildirib ki, “Məktəbli teatrı” məktəblilərin yaradıcı fəaliyyətlərə cəlb olunmasına, sosiallaşmasına, komandada işləmək bacarıqlarının, dünyagörüşünün inkişafına, onların şəxsiyyət və vətəndaş kimi formalaşmasına töhfə verib. Layihə çərçivəsində məktəblilərin tamaşa hazırlamaq bacarıqlarını inkişaf etdirmək üçün aktyor sənəti, nitq mədəniyyəti, plastika, rəqs, vokal mövzularını əhatə edən təlimlər keçirilib.

  Premyerada çıxış edən millət vəkilləri Vüqar İsgəndərov, Etibar Əliyev, Elm və Təhsil Nazirliyinin Tədqiqat və İnnovasiyalar sektorunun müdiri səlahiyyətlərini icra edən Vüsalə Əliyeva, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məktəbdənkənar fəaliyyətin təşkili sektorunun müdiri Günay Qurbanova, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Keyfiyyətin Təminatı şöbəsinin müdiri Qalib Şərifov, Suraxanı rayonunun prokuroru Rəşad Mahmudov və digər qonaqlar “Məktəbli teatrı”nın əhəmiyyətindən söz açıb, tamaşada bəşəriyyət üçün aktual məsələlərin yer aldığını, tamaşanın yüksək peşəkarlıqla hazırlandığını vurğulayıblar.

  Məlumat üçün qeyd edək ki, pyesdə qlobal iqlim dəyişiklikləri və su qıtlığı problemləri ilə qarşı-qarşıya qalan məktəblilər onların həll edilməsinin həm də özlərinin təhsilə yanaşmasından asılı olduğunu anlayırlar. Məktəblilər başa düşürlər ki, dünyadakı problemləri həll etmək üçün birinci növbədə özlərini inkişaf etdirməli, həm şəxsiyyət, həm mütəxəssis kimi formalaşmalı, həm də məsuliyyətli vətəndaş kimi yetişməlidirlər. Bu yolda onlara xalqımızın ümummilli lideri Heydər Əliyevin təhsil və ətraf mühitə qarşı qayğı ilə bağlı deyimləri, tövsiyələri çıraq tutur.

  Tamaşaçılara verilən mesaj bundan ibarətdir ki, insan olaraq öz xarakterinizin, öz təbiətinizin qayğısına qalsanız, dünyanın da təbiətini qoruyacaq, hamının firavan yaşamasına xidmət etmiş olacaqsınız.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi