"Nəsillərə nümunə olan ömür yolu" adlı tədbir

  Azərbaycan Respublikasının Prezidentinin 2022-ci il 28 noyabr tarixli sərəncamı ilə təsdiq edilmişdir. Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili”elan edilməsi ilə bağlı tədbirlər planına əsasən məktəbin tədbirlər planı hazırlanmışdır. Həmçinin cənab Prezident İlham Əliyevin 2023-cü ilin aprel ayında Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 100 ili tamam olması ilə bağlı 03 noyabr 2022 tarixli Sərəncamını rəhbər tutaraq "Nəsillərə nümunə olan ömür yolu" adlı tədbir keçirildi. Tədbir vətən müharibəsi uğrunda canından keçmiş şəhidlərin,Ulu Öndər Heydər Əliyevin və Akademik Zərifə xanım Əliyevanın ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı,ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Tədbir 9 “A” ,9 “C” , 7 “E” , 1 “B” , 3 “B” ST, 3 “Ç “ və 4 “A” ST sinif şagirdlərinin çıxışı ilə davam etdi.

Tədbirin sonunda günün əhəmiyyəti haqqında məktəbin direktoru Südabə Abdullayeva və Suraxanı Rayon İcra Hakimiyyətinin əməkdaşı Anar Əsədullayev genişmiqyaslı söhbət açdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi