Pedoqoji şuranın növbədənkənar iclası
Məktəbimizin akt zalında pedoqoji şuranın növbədənkənar iclası keçirildi. Pedoqoji heyətin diqqətinə ən mühüm məsələlər çatdırıldı və Xl sinif şagirdlərinin imtahan nəticələri təhlil olundu.
Daha sonra təlim-tərbiyə işləri üzrə direktor müavini Təranə Hadıyeva çıxış edərək şagirdlərin davamiyyəti,məktəbli geyimi,eləcə də şagirdlərin davranış qaydaları haqqında pedoqoji kollektivə öz tapşırıqlarını verdi.