" Ulu Öndər" imizin anım günü

12.12.2016-cı il tarixində 279 nömrəli tam orta məktəbin Heydər Əliyev muzeyində Ulu öndərin anım günü münasibətilə tədbir keçirilmişdir. “ Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusu ətrafında məktəbin tarix müəllimləri və şagirdlər maraqlı müzakirə aparmışlar. Fərman müəllim çıxışında qeyd etmişdir ki, Heydər Əliyev hələ gənclik illərindən başlayaraq bütün ömrünü doğma Azərbaycanın güclənməsinə, inkişafına həsr etmişdir.O, kamil dövlət xadimi kimi xarici və daxili qüvvələrin Azərbaycan dövlətini parçalamaq niyyətlərinin qarşısını almış, xalqın təhlükəsizliyini təmin etmişdir.Ofeliya müəllimə Fərman müəllimin fikrini davam etdirərək bildirmişdir ki, Azərbaycan xalqını böyük fəlakətdən xilas edən Ulu öndər öz nüfuzu və təcrübəsi sayəsində ölkəsini bütün dünyada tanıtmışdır. Azərbaycanda gənclər siyasəti isə xüsusiləonun diqqət mərkəzində olmuşdur.Azərbaycan gəncliyi Ulu Öndərin diqqət və qayğısını həmişə öz üzərində hiss etmişdir.Heydər Əliyev sağlam , yüksək bilik və bacarıqlara malik, gələcəkdə Azərbaycanı idarə edə biləcək gəncliyin yetişməsi üçün əlindən gələni əsirgəməmişdir. Dahi siyasətçi gənclərimizə böyük ümid bəsləyirdi. Ona görə də Azərbaycan gənclərinin cəmiyyətin bütün sahələrində fəal iştirakını vacib sayırdı və buna şərait yaradırdı. 1996-cı il fevralın 2-də müstəqil Azərbaycan gənclərimiz ilk forumunun keçirilməsi isə Heydər Əliyevin gənclər siyasətində ayrıca mühüm mərhələnin başlanğıcı oldu.1997- ci il fevralın 1-də forumun ildönümü münasibətilə xüsusi sərəncam imzalandı. 2 fevral ənənəvi olaraq Azərbaycan gənclər günü kimi qeyd olunmağa başladı.Heydər Əliyevin gənclik siyasəti elə bir baza yaratdı ki, bu gün onun davamçısı Cənab Prezidentimiz İlham Əliyev həmin bazanı daha da möhkəmləndirməklə respublikamızın inkişafı yolunda inamla addımlayır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi