“Müxtəlif Dillər Həyat Mübarizəsində Silahdır” adlı tədbir

  Səməd Mənsur adına Əmircan Mədəniyyət evində Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının, Xarici Dillər Təmayüllü Respublika Gimnaziyasının və Suraxanı rayonu 279 nömrəli tam orta məktəbin birgə təqdimatında “Müxtəlif dillər həyat mübarizəsində silahdır” adlı tədbir keçirilmişdir.

Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Azərbaycan Dillər Universitetinin Təhsil fakültəsinin dekanı, professor Fikrət Cahangirov, Bakı Slavyan Universitetinin ümumi şöbəsinin müdiri Kəmalə Əliyeva və Suraxanı rayonunda fəaliyyət göstərən təhsil müəssisələrinin rəhbərləri, şagird-müəllim kollektivləri iştirak ediblər.

Əvvəlcə qonaqlar Əmircan Mədəniyyət evinin foyesində şagirdlərin yaratdıqları 44 günlük Vətən Müharibəsində qazandığımız qələbəyə həsr olunmuş sərgi olə tanış olublar.       Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi uğrunda canlarını qurban vermiş Şəhidlərimizin və Ulu Öndər Heydər Əliyevin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir.

Daha sonra səhnədə Xarici Dillər Təmayüllü Respublika Gimnaziyasının və Suraxanı rayonu 279 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında rus dilində “Sonuncu yarpaq”, ərəb dilində “Xəzinə-Qaya əfsanəsi”, ingilis dilində Vilyam Şekpirin “Otello” və fransız dilində “ Dərviş Parisi partladır” əsərlərindən hissələr nümayiş olunmuşdur.

YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov çıxış edərək səhnəciklərdə iştirak etmiş məktəblilərin ifalarını yüksək qiymətləndirmişdir. Yerli təşkilatın sədri tədbirin mahiyyəti haqqında məlumat verərək qeyd etmişdir ki, Vətən Müharibəsi dövründə və post-müharibə zamanı biz ali zəfəri yalnız döyüş meydanında deyil, eyni zamanda da diplomatiya masalarında, dünyanın müxtəlif televiziya kanallarına dövlət başçısının dörd dildə verdiyi müsahibələri ilə əldə etmişik. Ali məqsədlərimizin, milli maraqlarımızın dünya ictimiayyətinə müxtəlif dillərdə çatdırılması məqsədi ilə Prezident cənab İlham Əliyevin gənclərin qarşısında qoyduğu hədəfləri gənclər arasında kütləviləşdirmək məqsədi ilə YAP Suraxanı rayon təşkilatı belə bir təşəbbüs ilə çıxış etmişdir. Gənclər, yeniyetmələr arasında müxtəlif istiqamətli maarifləndirmə işinin əhəmiyyətinə toxunan Vüqar Seyidov təhsil ocaqlarının, məktəb kollektivlərinin vətənpərvər ruhda fəaliyyətini, xüsusi qeyd etmişdir.

    Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov  səhnəciklərdə iştirak edən məktəbliləri təbrik edərək  YAP Suraxanı rayon təşkilatının təqdim etdiyi maarifləndirici tədbirlərin, layihələrin böyük əhəmiyyətini vurğulamışdır.

    Azərbaycan Dillər Universitetinin Təhsil fakültəsinin dekanı, professor Fikrət Cahangirov öz fikirlərini ifadə edərək dedi ki, məktəblilərin dil bacarıqlarını səlis vəməharətlə nümayiş etdirmələri gələcəyə olan inamı artırmaqdadır. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi