"Beynəlxalq Aqressiya Qurbanı Olan Uşaqlar Günü"nə həsr olunmuş tədbir

  Tərbiyə işləri üzrə direktor müavini Fərzəliyeva Aygün, psixoloq Babayeva Aynurənin təşkilatçılığı ilə  "Beynəlxalq Aqressiya Qurbanı Olan Uşaqlar Günü"nə həsr olunmuş tədbir keçirldi.

  1982-ci il avqustun 19-da BMT-nin Baş Assambleyası özünün Fələstin məsələsi üzrə xüsusi sessiyasında ES-7/8 nömrəli qətnaməsi ilə hər il iyunun 4-nü Beynəlxalq Aqressiya Qurbanı olan Uşaqlar Günü kimi qeyd etməyi qərara alıb.

Hərbi münaqişələr zonasında yaşayan uşaqlar – gələcəyi olmayan uşaqlardır.

  Bütün dünyada lokal münaqişələr zamanı nə qədər uşağın həlak olması haqqında dəqiq statistika aparan yoxdur. Müharibələrdə yalnız əsgərlərin deyil, uşaqların da həlak olduğunu unutmamaq üçün BMT bu günü təsis etmişdir.

  4 İyun – Beynəlxalq Aqressiya Qurbanı olan Uşaqlar Gününün əsas məqsədi dünyanın fiziki zorakılığa, mənəvi-psixoloji və ruhi təsirə məruz qalan bütün uşaqlarının ağrılarını və əzablarını hiss etmək cəhdidir. Bu gün həm də BMT-nin həmin uşaqların qorunması haqqında məsələdə öhdəliklərini təsdiq edir.

  Unutmayaq ki, müharibə uşaqları elementar hüquqlarından məhrum olmuş insanlardır. Uşaqların müharibənin qurbanına çevrilməsi bəşəriyyətin ən böyük cinayətidir. Beynəlxalq Təşkilatlar onların qarşısında borcludurlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi