"Mənim gündəliyim" adlı oxu və yaradıcılıq müsabiqəsinin məktəb turu

  "Mənim gündəliyim" adlı oxu və yaradıcılıq müsabiqəsinin məktəb turu yekunlaşıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 11.02.2022-ci il tarixli F-61 nömrəli əmrinə əsasən Ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən "Mənim gündəliyim" adlı oxu və yaradıcılıq müsabiqəsinin məktəb turu 31.05.2022-ci il tarixində yekunlaşıb. Müsabiqənin şərtlərinə əsasən şagirdlər verilmiş zaman intervalında məktəb kitabxanasından götürülmüş 5 bədii əsəri mütaliə etməli və onların məzmunu, əsərdən çıxardıqları nəticə, əsərin yaratdığı təəssüratlar barədə tərtib etdikləri gündəlikdə qeydlər aparmalıdırlar. Rəylərin orijinallığı, fikirlərin kreativliyi, gündəliyin tərtibatı və s. meyarlar əsasında hazırlanmış gündəliklər dəyərləndirilərək müsabiqənin şəhər mərhələsinə göndərilməlidir. Hazırlanmış gündəliklər arasından tələb olunan meyarlara uyğun olan gündəliklər seçilib Bakı Şəhəri üzrə Təhsil İdarəsinə göndərildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi