Məktəb Pedaqoji Şura iclası keçirilib.

    Məktəb Pedaqoji Şura iclası keçirilib. Məktəbin direktoru Südabə Abdullayeva çıxış edərək Bakı şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşlarının məktəb direktorları ilə görüşdə təlim-tərbiyə prosesinin təşkili və məktəb sənədlərinin aparılması barədə verdikləri məlumatları pedaqoji heyətlə bölüşdü. 9-cu sinif üzrə keçirilmiş buraxılış imtahanının nəticələri haqqında danışıb. İkinci yarımil böyük summativ qiymətləndirmənin necə keçirilməsi barədə tapşırıqlar verib. Təlim-tərbiyə işləri üzrə direktor müavini Təranə Hadıyeva məktəbdaxili monitorinqin nəticələri və şagirdlərin formativ, summativ qiymətləndirməsi barədə məruzə edib. Təlim-tərbiyə işləri üzrə direktor müavini Qızbəs Qasımova Təhsil Nazirliyi tərəfindən 4-cü sinif şagirdləri üçün təşkil olunacaq monitorinq haqqında məruzə edib. Tərbiyə işləri üzrə direktor müavini Aygün Fərzəliyeva müvafiq əmrlərə uyğun tərbiyəvi istiqamətdə görülən işlər haqqında məlumat verib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi