Bakı Dövlət Universitetində kitab festivalı

  Məktəbimizdə 2021-2022-ci tədris ilinin "Mütaliə ili" elan olunması ilə əlaqədar mütəmadi olaraq hər ayın sonunda oxunmuş bədii ədəbiyyat nümunələrinin  müzakirəsi təşkil edilir. Hər yaş qrupundan olan şagirdlər bu müzakirələrə cəlb olunurlar. Onlar ay ərzində oxuduqları kitabların müzakirəsini aparır və personajların onların dünyagörüşünə olan təsirini vurğulayırlar. Müasir dövrün yazıçıları ilə ötən dövrümüzün yazıçılarının  əsərlərini müqayisəli şəkildə təhlil edirlər.

  Məktəbimizdə tətbiq olunan "Kitab mənim dostumdur!" layihəsi çərçivəsində şagirdlərin oxu mədəniyyətini formalaşdırmaq, onları  mütaliəyə cəlb etmək məqsədilə  Bakı Dövlət Universitetində keçirilən kitab festivalına ekskursiya  təşkil edildi. Festivalda kitabxana müdiri Aygün Fətullayeva və bir qrup şagirdimiz iştirak edərək müxtəlif nəşriyyatlar tərəfindən təqdim edilən  rəngarəng kitabları əldə etmək imkanı qazanıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi