Mirzə Ələkbər Sabirin 160 illiyi

    Bu il Respublikamızda Azərbaycanın dahi, satirik şairi M.Ə.Sabirin 160 illiyi qeyd olunur. Məktəbimizdə də 3 "A" Sağlam Təhsil sinif şagirdləri  sinif rəhbəri Məftunə Kərimlinin  təşkilatçılığı ilə  tədbir keçiriblər. Tədbirdə şagirdlər bir-birindən maraqlı şeirlər, mahnılar, səhnəcik və viktorina nümayiş etdiriblər.

    Tədbirə BDU-nun dosenti, biologiya üzrə fəlsəfə doktoru, M.Ə.Sabir Fondunun təsisçisi və prezidenti, eyni zamanda, M.Ə.Sabirin nəvəsi Sevda Tahirli, məktəbin direktoru Südabə Abdullayeva, direktor müavinləri Qızbəs Qasımova, Aygün Fərzəliyeva, müəllim, şagird və valideynlər iştirak etmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi